General Qubaya yollanır - GÖRÜŞ

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 24-də saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən, Quba, Xaçmaz, Qusar, Şabran rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 23-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

AzerTaym.az






Fikirlər