08.09.2014- Xırdalandakı partlayışda jurnalist və ailəsi də xəsarət alıb

08.09.2014- Xırdalandakı partlayışda jurnalist və ailəsi də xəsarət alıbSentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir.


"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu, "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayılovun ailəsidir.

Hadisə nəticəsində Vidadi İsmayılovun bədəninin 90%-i yanıb, həyatı təhlükə altındadır. 42 yaşlı Vidadi İsmayılov və onun 13 yaşlı oğlu Yunus İsmayılov (bədənin 30%-i yanıb) Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İsmayılovlar ailəsinin daha 3 üzvü hadisə nəticəsində xəsarət alıb.

“Ailədə olan 5 nəfərin hamısı xəsarət alıb. Vəziyətləri ağırdır. Kimisi yanıb, kimisi əzilib”. Bu barədə Vidadi İsmayılovun qardaşı məlumat verib.

Tənəffüs yolları yanmış Vidadi İsmayılov reanimasiyadadır, həkimlər onun həyatının təhlükədə olduğunu bildiriblər.


P.S. Biz də həmkarımızın başına gələnlərdən dərin təəssüf hissi keçirirərək sarsıldığımızı bildirir, ALLAHdan ona və yaxınlarına şəfalar diləyirik!






Fikirlər