Mir Cəfər Bağırovu ağladan üç əhvalat - "Kaş sənin yanında dəfn olunaydım"

Image result for Mir Cəfər Bağırovu ağladan üç əhvalat - "Kaş sənin yanında dəfn olunaydım"

Mir Cəfər Bağırov şəxsiyyəti ilə bağlı fikirlər uzun illərdir ki, müxtəlif səmtlərə haçalanır. Amma tarixin ən qaranlıq illərində Azərbaycana rəhbərlik etmiş Bağırovun psixoloji portreti bu gün də tam açılmayıb. Hər dəfə onun xarakterinin yeni çalarları üzə çıxır. 

Moderator.az bu yazıda Bağırovun kövrək məqamlarını təsvir edəcək. Halbuki, zamanında kimsə onun ağladığını ağlından belə keçirməzmiş:
Mir Cəfər Bağırovun məhkəməsinə SSRİ Baş Prokuroru Rudenko rəhbərlik edirdi. Məhkəmənin əvvəlində Bağırov icazə alıb deyir:
-Mənim sizdən iki xahişim var: birincisi, mənə “xalq düşməni” deməyin. Mən heç bir zaman Azərbaycan xalqına düşmən olmamışam. İkincisi və ən böyük xahişim odur ki, icazə verin, son anda oğlum Cahangirin məzarını ziyarət edim. 
İcazə verilir, Bağırov məzarı ziyarət edir. Yanında əyləşir və deyir:
-Əziz oğlum, Cahangir, son arzum o idi ki, öləndə məni sənin yanında dəfn etsinlər. Lakin tale belə gətirmədi. 
Bundan sonra Mir Cəfər oğlunun baş daşını qucaqlayaraq ağlayır. Sonra tez özünü ələ alıb dəsmalla göz yaşını sili
Yazıçı Mehdi Hüseyn Kislavodskidə dincəlirmiş. Qəflətən gəlib ona deyirlərmiş ki, Bağırov sizi çağırır. Yazıçı cəld özünü Kislavodskidə olan Bağırova çatdırır. Məlum olur ki, qorxulu bir şey yoxdu, Bağırov “Fətəli xan” filminin ilk tamaşasına baxmaq istəyir. Filmin ssenari müəllifi də Mehdi Hüseyndir. 
Elə Mehdi Hüseynin dediyinə görə, Bağırov filmə çox diqqətlə tamaşa edir. Fətəli xanın ailəsinin əsir aparılması səhnəsində qeyri-ixtiyari olaraq gözündən yaş axır və deyir:
-Millətin səadəti uğrunda mübarizə aparmaq da çətindi. 
Bu hadisəni isə uzun müddət Bağırovun sürücüsü və cangüdəni işləmiş şəxs danışıb. Bəzən, İranla sərhəd olan yerlərdən, yəni Arazqırağı ərazilərdən keçərkən Bağırov heç kəsin olmadığını görüb maşını saxlatdırarmış. Sürücüyə deyərmiş ki, sən asta-asta sür, mən də Araz kənarı ilə piyada gəlirəm. Sürücü hər dəfə də görərmiş ki, Bağırov Araz qırağı ilə gələrkən o tayda qalan torpaqlara baxıb hönkür-hönkür ağlayarmış.
AzerTaym.az
  






Fikirlər