Dəvələrə qarşı dəvə kini - Kralın dünyanı qəzəbləndirən QƏRARI

 

Səudiyyə Ərəbistan bütün diplomatik və iqtisadi əlaqələrini kəsdiyi Qətərə aid olan 15 min dəvəni deportasiya edib.

BakuPost.az xəbər verir ki, bu barədə İngiltərənin "Independent” qəzeti məlumat yayıb. Yazıda qeyd olunub ki, ölkədən xaric edilən dəvələr çöllərdə tələf olub. Səudiyyə Ərəbistan torpaqlarında qalan dəvələr isə böyük axurlara həbs edilib. 50 dərəcə istidə qalan heyvanlar ölüb.
Qətərdə Ətraf Mühitin Mühafizəsi Nazirliyi sərhədi keçə bilən 8 mindən çox dəvəyə sığınacaq verib, su və yemlə təmin edib. Məlumatlara görə, Qətərdə çox sayda veterinar və mütəxəssis dəvələrə yardım etmək üçün hərəkətə keçib.
Məlumat üçün bildirək ki, Qətərin ərazisi kiçik olduğundan, qətərlilər dəvələrin saxlanc yeri kimi Səudiyyə Ərəbistan torpaqlarından istifadə ediblər. Səduiyyə Ərəbistan kralı Salman isə Qətərə əsəbiləşdiyi üçün, hirsini dəvələrdən çıxıb.
 
 






Fikirlər