EMİN Ağalarov SEVGİLİSİnin AD GÜNÜnü DƏBDƏBƏLİ keçirdi (VİDEO)

Emin Ağalarov sevgilisinin ad gününü dəbdəbəli keçirdi

Məşhur müğənni Emin Ağalarov sevgilisi Alyona Qavrilova ilə təntənəli ad günü keçirib. 

 "AzerTaym.az" baku.ws-ə istinadən xəbər verir ki, müğənni sevgilisinin ad gününü Moskva ətrafında yerləşən "Agalarov Golf & Country Club” qolf klubunda keçirib. 

Dəbdəbəli mərasimdə Rusiyanın şou biznes ulduzları dəvət olunub. 

Müğənni və biznesmen İnstagram sosial şəbəkəsində sevgilisi Alyona Qavrilova ilə yeni şəklini paylaşıb.

"Ad günün mübarək, sevgilim! Çox sağ ol ki, hər günümü xüsusi edirsən”, - EMİN fotonun şərh bölməsində yazıb.

Qeyd edək ki, müğənni 29 yaşlı model Alyona Qavrilova ilə görüşür. Modelin milyarder Rüstəm Tarikodan bir oğlu var.

 






Fikirlər