Emin Ağalarov evlənir! - FOTO

Emin Ağalarov evlənir! - FOTO

1Xəbər.com-un məlumatına görə, Emin Ağalarov evlənir. Belə ki, bir neçə gün əvvəl sevgilisi Alyona Qavrilova ilə fotosunu paylaşan pop star deyəsən artıq münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. 

Əvvəlcə o, əlində bir böyük dəstə alqızılgül tutaraq "Missiya başında" yazıb. Bu paylaşımdan bir neçə saat sonra isə sevgilisi ilə birlikdə çəkdirdiyi çox səmimi şəkili paylaşaraq "Missiya başa çatdı" (Missiya complete) yazıb.
Sevgilisi ilə yeni fotosunu paylaşan Ağalarov fanatları tərəfindən qısqanclıqla qarşılanıb. İrad və tənqidlərlə üz-üzə qalan ifaçı eyni zamanda çoxsaylı təbrik alıb.
Xatırladaq ki, Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə evli olub. Keçən ilin may ayında rəsmən boşandıqlarını elan edən cütlüyün Mikayıl və Əli adında əkiz oğulları var. 

 






Fikirlər