"Qorotdel"lə "bandotdel"in rəislərinə yeni vəzifə verildi

"Qorotdel"lə "bandotdel"in rəislərinə yeni vəzifə verildi AzerTaym.az xəbər verir ki, Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, BŞBPİ-nin keçmiş rəisi Rafiq Abbasov nazir Ramil Usubovun əmri ilə nazirliyin Kadrlar İdarəsinin rəisi təyin edilib.

"Bandotdel"in əvvəlki rəisi Mirqafar Seyidov isə BŞBPİ-yə ("qorotdel") rəis göndərilib. Nazirin digər əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev "bandotdel"in rəisi təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə nazir müavini Əsgər Ələkbərov pensiya yaşının çatması ilə bağlı vəzifəsindən azad olunub. Onun yerinə Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyinat alıb. Kadrlar İdarəsinin rəisi postu bir neçə gün idi boş idi.






Fikirlər