Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu – FOTO

nato aze bayraq

NATO-nun Gürcüstanda keçirilən “Agile spirit 2017″ təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.

AzVision.az ermən KİV-lərinə istinadla xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.

Ermənistanın “Agile Spirit-2017″ təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib.

“Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq”- deyə Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

nato telim

Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə “Agile Spirit 2017” hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.

ABŞ-ın dəniz piyadalarının da qatıldığı “Agile Spirit” təlimləri yeddinci dəfə keçirilir.






Fikirlər