Səlim Müslümov əlillərin məsələsini araşdırmaq üçün işçi qrupları yaratdı

Xəbər verildiyi kimi, son vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub.
Səlim Müslümov əlillərin məsələsini araşdırmaq üçün işçi qrupları yaratdı
Növbəti tədbir kimi, nazirlik II və III qrup əlillik təyin olunmuş, lakin əlillik təyin edilməsi barədə müvafiq arayışları uzun müddət gecikdirilmiş şəxslərə həmin arayışların operativ şəkildə verilməsi üçün konkret işlərə başlayıb.

Bu məqsədlə nazirin müvafiq əmri ilə yaradılmış 8 işçi qrupu tərəfindən ümumilikdə ölkə üzrə 17 min nəfərdən artıq vətəndaşın ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlər yerindəcə araşdırılacaq və həmin şəxslər əyani müayinədən keçiriləcək, əlilliyi əsaslı hesab edilən şəxslər müayinə aktından çıxarışlarla təmin ediləcəklər.
Bu barədə Azertaym.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Qeyd edilən tədbir ilkin əlillik qrupları təyin olunmuş şəxslərə müvafiq arayışların verilməsinin uzun müddət gecikdirilməsi ilə bağlı vətəndaşlarda yaranmış narazılığın aradan qaldırılmasına və əlillik təyinatlarının aparılmasında şəffaflığın təmin olunmasına xidmət edir”-deyə nazirlikdən bildirilib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi