Səudiyyə Ərəbistanında daha 11 ŞƏHZADƏ saxlanıldı

Səudiyyə Ərəbistanının kral qvardiyası sarayda etirazlarla əlaqədar 11 şahzadəni saxlayıb.

Trend-in məlumatına görə, kral Salman bin Əbdül Əziz əl-Səud şahzadələrin su və elektrik hesablarının ödənilməsinin dayandırılması barədə qərar verib.

Şahzadələr bu qərara etiraz edib və bundan əlavə, onlar bir müddət əvvəl edam olunmuş yaxın qohumları üçün təzminat tələb ediblər.

Etiraz edənlər sarayı tərk etməkdən imtina etdikdən sonra kral qvardiyası onları saxlayıb. Hazırda şahzadələr həbsxanada saxlanılır.






Fikirlər