Şiddətli DÖYÜŞLƏR GEDİR: F-16-lar bombardmana başladı, Türkiyə ilk QƏLƏBƏSİNİ QAZANDI

Şiddətli DÖYÜŞLƏR GEDİR: F-16-lar bombardmana başladı, Türkiyə ilk QƏLƏBƏSİNİ QAZANDI (YENİLƏNDİ) - VİDEO

Azad Suriya Ordusunun döyüşçüləri Türkiyənin Kilis vilayətindən sursat yüklü avtomobillərlə sərhədi keçərək Afrin istiqamətində hərəkət etməyə başlayıb.

Hərbi kolondakı döyüşçülər Afrin əməliyyatına qatılacaq. Azad Suriya Ordusunun indiyə kimi hər hansı müqavimətlə qarşılaşmadığı bildirilir.

“Anadolu” agenliyinin xəbərinə görə, Türkiyənin Hatay vilayətinin Reyhanlı ve Kırıkhan mahalları arasındakı sərhəd xəttində döyüş təyyarələrinin səsləri eşidilir.

Türkiyə KİV-inin yazdığına görə, Diyarbəkr 2-ci Hava Qüvvələri Komandirliyinin 8-ci əsas təyyarə bazasından qalxan tam təchizatlı və bomba yüklü F-16 qırıcıları Afrinda PYD terror təşkilatının mövqelərini bombalamağa başlayıb.

***

Türkiyə Silahlı qüvvələri YPG-yə qarşı Afrində ilk qələbəsini qazanıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, ötən gecə Hatay vilayətinin Afrinin bölgəsinin qərbindəki Baliye kəndinə doğru Türkiyə hərbçilərinin dəstəyi və zirehli texnikanın tətbiqi ilə əməliyyat təşkil edilib.

Bölgədə olan rusiyalı jurnalistlər bunu “Afrin əməliyyatında türk ordusunun ilk qələbəsi” adlandırıb. Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatları ilə YPG terrorçularına zərbələr endirilib.

Azad Suriya Ordusunun “Fərat Qalxanı” əməliyyatı ilə İŞİD-dən azad edilən Azez ve Maredən Afrinə irəliləyişi davam edir. Ötən gecə Azezdən cəbhə xəttinə Azad Suriya Ordusunun yeni birlikləri göndərilib.

Məlumata görə, hazırda Afrinin cənubundakı Şehba cəbhəsində ağır silahların tətbiqi ilə döyüşlər gedir. Bölgəni izləyən bir rus jurnalistin sözlərinə görə, ötən gecə YPG Azad Suriya Ordusu ilə döyüşdə ağır itkilər verib.






Fikirlər