TRAMP-PUTİN TELEFON danışığının ŞOK- Detalları

 

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ötən həftə baş tutan telefon danışığında silah yarışında qalib gəlməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “NBC” telekanalı Tramp administrasiyasının 2 nümayəndəsinə istinadla məlumat yayıb.

Tramp telefon danışığı zamanı bu sözləri deyib: “Əgər siz silah yarışına başlamaq istəyirsizsə, biz hazırıq. Ancaq burada mən qalib gələcəm”.

Qeyd edək ki, həmin telefon danışığında Tramp Putini yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. Bir neçə gün öncə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov liderlərin görüşü ilə bağlı hazırlıqların getdiyini açıqlayıb.






Fikirlər