AZAL-da bohran - 2 aydı işçilərə əmək haqqı verilmir

AZAL-da bohran - 2 aydı işçilərə əmək haqqı verilmirAzərbaycan Hava Yolları” QSC (AZAL) işçilərinə 2 aydır əməkhaqqı verə bilmir.

Bizimxeber.az-a daxil olan məlumata görə, AZAL-ın “Azəraeronaviqasiya” və Mühafizə Xidmətinin əməkdaşları artıq iki aydan çoxdur ki, məvacib ala bilmirlər.

Bildirilir ki, sonuncu dəfə əməkhaqqı 2014-cü ilin dekabr ayında verilib.

Məlumat üçün bildirək ki, “Azəraeronaviqasiya” AZAL-ın ən gəlirli şöbələrindən hesab olunur.

Arqument.Az






Fikirlər