VANQANIN yeni ÖNCƏGÖRMƏSİ YAYILDI – DÜNYANIN TƏK LİDERİ bu ÖLKƏ OLACAQ

Image result for Vanqa nə dedi

İŞİD, 11 sentyabr və Breksit kimi bütün dünyaya təsir edən hadisələri öncədən görmüş Vanqanın daha əvvəl heç eşidilməyən bir proqnozu daha ortaya çıxıb.

Minval.info xəbər verir ki, rusiyalı yazar Valentin Sidorov Vanqanın ona “Rusiyanı heç kim dayandıra bilməyəcək, dünyanın tək super gücü və sahibi Rusiya olacaq” dediyini bildirib. Vanqa “hər şey buz kimi əriyəcək, yerdə ancaq Vladimirin toxunulmaz möhtəşəmliyi, Rusiyanın dəbdəbəsi qalacaq” deyərkən, Vladimir Putini nəzərdə tutduğu düşünülür.

Qeyd edək ki, Vanqanın 2018-ci illə bağlı başqa öncəgörmələri də var. Onun sözlərinə görə, bu il Çin ABŞ-ı da keçərək “dünyanın super gücü” olacaq.

Çin iqtisadiyyatının sürətli inkişafı Vanqanın təxmininin reallaşmasını mümkün edir. Digər bir öncəgörmə isə kosmosla bağlıdır. Vanqaya görə bu il Venera ilə əlaqəli yeni məlumatlar toplanacaq.

Vanqanın bu proqnozunun da gerçəkləşmə ehtimalı var. Çünki birbaşa Veneraya ekspedisiya təşkil edilməsə də, Parker Solar Probe adlanan gəmi Günəş ətrafında tədqiqatlar aparmaq üçün göndəriləcək. Veneranın cazibə qüvvəsindən istifadə edərək hərəkət edəcək gəminin yeni kəşflər etməsi gözlənilir.






Fikirlər