BOŞ TABUT, 6 güllə: CON KENNEDİ ÖLDÜRÜLMƏYİB — ŞOK İDDİA

Boş tabut, 6 güllə: Con Kennedi öldürülməyib

1963-cü ilin 22 noyabr tarixində ABŞ-ın 35-ci prezidenti Con Kennedi qətlə yetirildi.

 “Ölkə.Az” xəbər verir ki, bu günə qədər Kennedinin qətli barədə bir sıra versiyalar səsləndirilib. Bu versiyalardan daha birini oxuculara təqdim edirik.

Bu günə qədər də amerikalıların böyük əksəriyyəti senator Uorrenin rəsmi komissiyasının hesabatına inanmır. Çünki iki sual hələ də dəqiq cavablandırılmayıb:  

1)Prezidentə neçə güllə dəyib? 

2)Bu qətl kimə sərf edirdi?

Bu səbəbdən Kennedi qətli ilə bağlı bir sıra versiyalar səsləndirilib. Bu gün də bir çoxu Kennedinin qəbrinin boş olduğunu iddia edir. Arlinqton qəbirsanlığında onun adına olan qəbir boşdur. Ekspert Cekson Kelli də qəbrin boş olduğunu iddia edir. Cekson yüzlərlə FTX əməkdaşını, siyasətçini dindirib. Onun bildirdiyinə görə, iki versiya mövcuddur.

Birinci versiyaya əsasən, Dallasdakı hücumdan sonra Kennedi sağ qalıb. O, növbəti qətldən gizlənərək uzun müddət yaşayıb.

İkinci versiyaya əsasən, onun meyiti gizli şəkildə yandırılıb. Səbəb isə təkrar müayinənin qarşısını alıb.  Çünki rəsmi versiyaya əsasən, Kennediyə 2 güllə dəyib: başına və boynuna. Əslində isə 22 noyabrda Kennediyə 6 dəfə atəş açılıb və güllələr bədəninə dəyib.

Doktor Sonya Feyron isə iddia edir ki, 1963-1989-cu illər ərzində Kennedinin şəxsi həkimi olub və Kennedi ölməyib. Bir sıra Amerika KİV-i yaşlı Kennedinin 1991-ci il 3 yanvar tarixində çəkilən fotosunu yayıb. Eyni adam bir müddət sonra xüsusi xidmət orqanı əməkdaşlarının əhatəsində Kennedinin qəbri başında yenə kameralara tuş gəlib.

Amma bu, Vaşinqton dəfn idarəsinin açıqlamasına ziddir. İdarə bildirir ki, xüsusi xidmət orqanlarının tələbi ilə Kennedinin meyiti yandırılıb. Bu şahid yalan maşınından keçib və onun sözləri uydurma deyil!

Doktor Kelli isə deyir ki, bu heç də düzgün deyil. Xüsusi xidmət orqanının agentləri idarə işçisini aldadıblar. Kennedinin oxşarı ortaya atılıb.
Qətli araşdıran Senat komissiyası isə bildirir ki, ölüm işini Li Harvi Osvald həyata keçirib. Snayperdən atəş açan Osvald sifarişlə işləməyib. O, tənha-fanatdır.

Osvaldın keçmiş marksist olması və SSRİ-də 4 il yaşaması da istintaqın nəzərindən yayınıb. Karib böhranına görə cavab verilməsini diqqətə almayıblar. Amma Osvaldın hansı səbəbdən bu addımı atması müəyyən edilməyib. Həbsin ikinci günü gecə klubunun sahibi Cek Rubi Osvaldı öldürdü. Yenə də komissiya ikinci qətlin də şəxsi zəmində baş verdiyini bildirdi. Rubi sevimli prezidentini öldürən şəxsi cəzalandırıb.

Tibbi təhqiqat zamanı məlum olub ki, Rubi son günlərini yaşayırdı və gözəl bilirdi ki, xərçəng onu tezliklə qəbirə aparacaq. Həqiqətən də Cek bir müddət sonra həbsxanada dünyasını dəyişir.

Amma Dallas faciəsində yaxşı yazılmış ssenari var. Kimdir bu ssenarini yazanlar? Kennedinin ölkə daxilində və xaricində kifayət qədər siyasi düşməni var idi.

Bəzi tədqiqatçıların fikrinə görə, Kennedini yadplanetlilər tərəfindən idarə edilən ümumdünya hakimiyyəti ortadan götürüb. Onlar istəmirdilər ki, özləri haqqında məlumat geniş yayılsın.

Bundan başqa aldadılmış, xəyanət edilmiş kişilər də bu qətli törədə bilərdilər. Onların bir çoxu nüfuzlu şəxslər idilər.
Rəsmi versiyaya əsasən, Li Osvald altıncı mərtəbədən atəş açıb. Kennedi bu vaxt arxa oturacaqda olub. Onun qarşısında isə qubernator Konneli olub. Rəsmi versiyaya görə, Osvald 6.5 saniyəyə 3 atəş açıb, onlardan 2-i hədəfə dəyib. Birincisi, Osvaldın olduğu deyilən snayper tüfəngi xarab idi. Həm optik qurğusu, həm də atəş mexanizmi zədəli idi. 6 saniyəyə 3 atəş açmaq mümkünsüzdür. Həm də nişan almaq da lazım idi axı...

İkincisi, tüfəngin üzündə əvvəlcə əl izi yox idi. Əl izi sonradan, Osvald öləndən sonra üzə çıxdı. Tüfəngi morqa aparıb meyitin əl izini üstünə basıblar. Bunun isə canlı şahidi var.

Bundan başqa Osvaldın fotosundakı tüfəng ilə istintaqdakı tüfəng də eyni deyil. Ekspert Cek Uayt fotoları analiz edərək bildirib ki, foto saxtadır. Osvaldın burnunun altındakı kölgədən bunu bilmək olar.

Bundan başqa Osvaldın boynunun nazik olduğu məlumdur. O, 36 ölçüdə köynək geyinib. Fotoda isə onun boyun ölçüsü 41-dir. Bundan başqa fotodakı tüfəngin uzunluğu anbarda tapılan tüfəngin uzunluğu ilə eyni deyil. Deməli, tüfəngi dəyişiblər.

Atəş vaxtı maşında oturanlar 7 güllə yarası alıblar. Bəs hədəfə dəyən 2 güllə varsa, bu necə olur? 
Bir çox fotodan başqa həvəskar Abram Zapruderin çəkdiyi görüntülər də var. Prezident kortejini lentə alan Abramın görüntüləri bütün faciəni əks etdirir. Görüntülərin köməyi ilə qətl baş verən əraziyə əməlli-başlı baxmaq mümkündür. Eyni zamanda prezidentin qatilinin harada gizləndiyini də görmək olar. Bundan başqa müasir texnologiya bütün səhnəni güllənin “gözü” ilə görməyə imkan verir. 

Qeyd edək ki, bu kompüter modeli Dallas faciəsinə ilk baxış deyil. 70-ci illərdə amerikalı proqramçı Riçard Spraq hadisə ilə bağlı bütün foto və videoları kompüterə daxil edib. Onun qənaəti isə istintaqın versiyasını şübhə altına alıb.

Bu versiyaya əsasən, Con Kennedi bir yox, 2-3 qatil tərəfindən öldürülüb. Onlar 6 atəş açıblar. Onlardan isə minimum 2-i hədəfə dəyib. Atəşlərdən biri öndən açılıb. Deməli, bu atəşi Osvald 6-cı mərtəbədən açmayıb. Bu əlavə gülləni yox etmək üçün prezident meyitini gizli şəkildə yarıblar.
Yaxşı, bu qətl kimə lazım idi? İlkin versiya vitse-prezident Lindon Consonu göstərir. Kennedinin ondan zəhləsi gedirdi. Ehtimal edilir ki, Lindonun əlində Kennediyə qarşı kompromat var idi. O, bu kompromatı FTX rəisi Edqar Quverdən ala bilərdi. Kennedinin qardaşı, ədliyyə naziri Edqarı işdən çıxarmaq istəyirdi.

Quver isə materialları həm öz işçilərindən, həm də əməkdaşlıq etdiyi mafiya başçılarından əldə edə bilərdi. Quver mafiya başçılarına əvvəlcədən xəbərdarlıqlar edirdi. Onlar da təşəkkür olaraq bu materialları veriblər.

Dallasda Kennedinin qətlindən əvvəl Conson və Quverin gizli olaraq mafiya başçıları ilə görüşü olduğu məlumdur. Bundan sonra Conson şəxsən kortejin marşrutunu dəyişib. Prezident maşınının sürəti 20 km/saata qədər endirilib ki, snayper rahat atəş aça bilsin.

Conson Konnelini dilə tutub ki,  prezidentlə eyni maşında oturmasın. Sonra isə Uorrenin komissiyasına təzyiq göstərərək “düzgün” hesabat çıxarmasını tələb edib. Mafiya isə ən sərrast atıcı Cimmi Fratianonun rəhbərlik etdiyi killer briqadası ayırıb.

Quver isə Li Harvi Osvaldı ortaya atdı. Lini isə mafiya adamı Cek Rubi ortadan götürdü...

 






Fikirlər