TRAMPIN QIZI DÜNYA mediasının hədəfində - “QULYABANİ”

Trampın qızı dünya mediasının hədəfində

Qəzzada fələstinlilər öldürülən zaman Qüdsdə səfirliyin açılışına qatılan ABŞ prezidenti Donald Trampın qızı İvanka dünya mediasının tənqid hədəfi olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Amerika mediası İvankanın Qüdsdə selfi çəkdirdiyi zaman lentə alınmış fotolarını manşet edərək “Atasının balaca qulyabanısı” başlığını yazıb.

Fransız mətbuatı da Qəzzada baş verənlərə etirazını bildirib. Onlar İvanka ilə əri Cared Kuşnerin açılışa qatılmasının fələstinliləri daha da qəzəbləndirdiyini yazıblar.

 

 






Fikirlər