"MƏNDƏ ORUC TUTMAQ OLMAZ" - SORĞU

"Məndə oruc tutmaq alınmaz" - SORĞU

11 ayın sultanı olan Ramazan ayına sayılı günlər qalıb. Bu ay insanlara Allahı sevməyi öyrədir. Onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir. İnsanları gözütox, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur.

Xalq artisti Arif Babayev səhhəti imkan vermədiyindən oruc tuta bilməyəcəyini bildiridi:

"Ramazan müsəlmanın ən əziz aylarından biridir. Mənim 80 yaşım var. Ürəyim də istəyir oruc tutam, ancaq çətinliyim var deyə, tuta bilməyəcəm. Ancaq onun yerinə dinimizin buyruğuna uyğun olaraq orucluqda müəyyən işlər görəcəm".

Xalq artisti Alim Qasımov bu ayı sevə-sevə gözlədiyini bildirdi:

"Əlbəttə, tutacam. Allah izin versin. İllərdir oruc tuturam, bu il də inşallah, tutacam".

Əməkdar artist Baloğlan Əşrəfov oruc tutmağı çox istədiyini dedi:

"Mən 11 il bundan qabaq ikinci dəfə dünyaya qayıtmışam. O boyda əməliyyatdan sonra Allah da rəva görməz ki, əziyyət çəkim. Ancaq bir qram belə imkanım çatsa, oruc tutaram. Yenə də özümü yoxlayacam, tuta bilsəm, bütün ayı tutacam. Tuta bilməsəm, yəqin ki, Allah bağışlayar".

Xalq artisti Aygün Kazımova isə orucu güclü insanların tutduğunu söylədi:

"Hələ bilmirəm. Çünki oruc tutmaq böyük bir cəsarət, iradə tələb edir. Əslində məndə oruc tutmaq alınmaz. Ancaq yenə də cəhd göstərəcəm".

Əməkdar artist Gülüstan Əliyeva da oruc tuta bilməyəcəyini bildirdi:

"Oruc tutmuram, ancaq çalışıram yeməyimi azaldım. Bu, işimlə əlqəlidir, ona görə alınmır".

Əməkdar artist Xumar Qədimova da bu il oruc tuta bilməyəcəyini söylədi:

"Səfərlərim çoxdur deyə, tuta bilməyəcəm. Ancaq özüm tuta bilməsəm də, - istəmirəm bu haqda geniş yazasınız - dinimizin buyruğuna uyğun müəyyən işlər görəcəm. Gördüyüm işlərin heç birinin bilinməsini istəmirəm".

Aktrisa Mehriban Xanlarova tək Ramazan ayında yox, Rəcəb ayınıda da oruc tutduğunu bildirdi:

"Artıq 3-cü aya keçir ki, orucam. İllərdi ki, bu cür davam edirəm".

Aktyor Elməddin Cəfərov mütləq oruc tutacağını bildiridi:

"İnşallah, tutacam. 9 yaşımdan dini təhsillə böyümüşəm. Hər il oruc tuturam".

Müğənni Xatirə İslam isə belə cavab verdi:

"Azərbaycanda deyiləm, istirahət edirəm deyə, sorğunuza bir kəlmə ilə cavab verəcəm. Tutacam".

Müğənni Bahar Lətifqızı oruc tutmağa səhhətinin imkan vermədiyini söylədi:

"Əvvəllər oruc tutmuşam. Ancaq indi tuta bilmirəm. Çünki mədəmdə xora olub".

Müğənni Xuraman Şuşalı orucun hər bir müsəlman üçün vacib əməllərdən olduğunu bildirdi:

"Mütləq tutacam. Oruc vacib əməllərdən sayılır. Oruc tutmaq hər bir müsəlmanın borcudur. Necə tutmaya bilərik?"

metbuat.az

 

 

 

 






Fikirlər

Şərh müəllifi: Ellindurf                 Tarix: 2 iyun 2018 12:39                 [ Cavabla ]
Side Effects Long Term Propecia Finasteride Splitting Propecia Finasteride Farmacia Lugano Cialis online cialis Keflex With Probenecid

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi