BAYRAM namazının VAXTI AÇIQLANDI

Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzerTaym.az-a verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.






Fikirlər