Azərbaycanda RAMAZAN bayramı qeyd olunur

“Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

“ AzerTaym.az”-ın məlumatına görə, bu gün saat 09:00-da bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi bildirilir.
Fətvada Ramazan bayramının isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.
Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.






Fikirlər