Türkiyəyə qarşı XAİN PLAN işə salınır – Senatdan QALMAQALLI TƏLİMAT

Türkiyəyə qarşı XAİN PLAN işə salınır – Senatdan QALMAQALLI TƏLİMAT

ABŞ prezidenti Donald Trampın sərbəst buraxılması üçün çağırış etdiyi amerikalı rahib Andrey Kreyk Brunsonun həbs müddətinin uzadılması Vaşinqtonu hərəkətə keçirdi.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, amerikalı 6 senator Türkiyə hökumətinin ABŞ vətəndaşlarını həbsdə saxladığı müddətdə beynəlxalq maliyyə təşkilatlarının Türkiyəyə kredit verməsinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan bir qanun layihəsini hazırlayıb.

Senatın xarici əlaqələr komitəsindən verilən açıqlamaya görə, respublikaçı və demokrat senatorların hazırladıqları qanun layihəsi “Türkiyə Beynəlxalq Maliyyə Təşkilatları Aktı” adlanır. Qanun layihəsində Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyində olan amerikalılara, humanitar məqsədlər istisna olmaqla, Türkiyəyə kredit verilməsinə qarşı çıxmaları üçün təlimat verilir.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. İyulun 18-də isə Brunson üçüncü dəfə hakim qarşısına çıxıb. 35 il həbs cəzasına məhkum edilməsi istənilən rahibin həbs müddətinin uzaldılmasına qərar verilib.

Bundan əvvəl isə ABŞ prezidenti rahibin sərbəst buraxılması üçün Rəcəb Tayyib Ərdoğana çağırış etmişdi. Tramp Tvitter səhifəsində Brunsonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb: "Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".

Türkiyənin Xarici İşlər Nazirliyi isə ABŞ prezidentinin çağırışına cavab olaraq Türkiyənin bir hüquq dövləti olduğu və hüquqi prosesin getdiyi bildirilib.






Fikirlər

Şərh müəllifi: Altonfap                 Tarix: 19 sentyabr 2018 17:30                 [ Cavabla ]

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi