TRAMPIN ƏRDOĞANA çağırışına Ankaradan CAVAB: "Bu xristian qocanın..."

Trampın Ərdoğana çağırışına Ankaradan CAVAB: "Bu xristian qocanın..."

Türkiyənin Xarici İşlər Nazirliyi FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonun azad olunması barədə ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana etdiyi çağırışa cavab verib.

AzerTaym.az publika.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Türkiyənin bir hüquq dövləti olduğu və hüquqi prosesin getdiyi bildirilib.

"Türkiyə ilə ABŞ arasında keçirilən toplantıda Vaşinqtonun FETÖ mövzusunda artıq konkret addımlar atmalı olduğunu ifadə etdik", - açıqlamada FETÖ liderin ekstradisiya olunmasının vacibliyi xatırladılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti rahibin sərbəst buraxılması üçün Rəcəb Tayyib Ərdoğana çağırış edib. Tramp Tvitter səhifəsində Türkiyədə saxlanılan E.Brunsonun həbs müddətinin uzadılması qərarını "utancverici" adlandırıb:

"Ərdoğan bu xristian qocanın sərbəst buraxılması üçün nəsə etməlidir. O, yanlış bir iş görməyib və ailəsinin ona ehtiyacı var".






Fikirlər