Yeni SAVAŞ ÇAĞININ başlanğıcı… - Dünya ŞOKDA

Yeni SAVAŞ ÇAĞININ başlanğıcı… - Dünya ŞOKDA

Dünya BMT Baş Assambleyasında qloballaşmanın başa çatdığını elan edən, Çindən Avropa İttifaqına, OPEC-dən Beynəlxalq Cinayət Məhkəməsinə qədər bir çox ölkə və təşkilatı təhdid edən ABŞ prezidenti Donald Trampdan danışır.

Publika.az xəbər verir ki, dünya mediası, siyasətçiləri və analitikləri ABŞ prezidentinin “yalnız Amerika” deyərək hər kəslə körpüləri yandırmasını “yeni müharibə və çaxnaşma illəri”nin başlanğıcı hesab edirlər.

ABŞ prezidenti BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında qlobal sülh və təhlükəsizlik üçün əsas təhlükənin Vaşinqtondan gəldiyini bütün çılpaqlığı ilə göstərdi.

Məlumata görə, Trampın nitqinin mətni ABŞ prezidentinin ifrat sağçılarla dərin bağlantısı olan siyasi məsələlər üzrə baş məsləhətçisi Stiven Miller tərəfindən hazırlanıb. Analitiklərə görə, Donald Trampın dünyanı “ABŞ və digərləri” olaraq ayırdığı çıxışında “təhlükəsizlik doktrinası”nın çərçivəsini çəkdi. Hazırda ABŞ-ın təhlükəsizlik orqanları, Pentaqon və MKİ yeni çərçivəyə uyğun mövqe tutmağa başlayırlar. Qeyd edilir ki, bu çıxış dünyanın ABŞ-dan gələn təhlükəni ciddi qəbul etməli olduğunu bir daha göstərdi.

ABŞ prezidentinin BMT kürsüsündən ölkəsinin müdafiə büdcəsi haqqında danışması da hamını təəccübləndirdi. Trampın çıxışında “Müdafiə büdcəmizi 716 milyard dollara çatdırdıq. Orduumuz heç vaxt olmadığı qədər güclü olacaq” sözləri ilə təhdid dilindən istifadə etməsi də diqqətlərdən qaçmadı.






Fikirlər