BAKININ QƏTİYYƏTLİ RƏHBƏRİ... -ÖZƏL!

 Eldar Əzizov meriyanın binasını təmir etdirir: <font color="red">800 min manatlıq tender</font>

Artıq bir neçə aydır Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilən Eldar Əzizov merin səlahiyyətlərini yerinə yetirməklə cəmiyyətin ümidini doğruldur, desək yanılmarıq.

E.Əzizov şəhər təsərrüfatçılığına yaxından bələd olan, bu sahədə çoxillik təcrübəyə malik azsaylı məmurlardandır. Ölkənin iki ən böyük şəhərinə - Gəncə və Sumqayıta rəhbərlik edib. Bu baxımdan, onun müavin olaraq Bakı təsərrüfatının başına gətirilməsi məntiqli görünür. Digər tərəfdən, Bakı rəhbəri həm də strateji post sayılır.

Ölkə əhalisinin yarıdan çoxu Bakıda yaşayır, iqtisadiyyatın 80 faizdən yuxarısı Bakıda cəmləşib. Əksər dövlət əhəmiyyətli müəssisələr, istehsal obyektləri, təşkilatlar paytaxtdadır. Bu qədər böyük bir təsərrüfatın uzun müddət başçısız olması ciddi çətinliklər yaradır. Ən azı Bakı ərazisində həyata keçirilən demək olar ki, bütün növ tikinti, bərpa və sair təyinatlı işlər üçün paytaxta rəhbərlik edən şəxsin mövqeyini tələb edən minlərlə sənədləşmələr var. Bu baxımdan, BŞİH başçısı postunun 3 aya qədər boş qalması xeyli problemlər də yaratmışdı.

Bir çox mənbələr E.Əzizovun bir müddət sonra BŞİH rəhbəri postuna təsdiqlənəcəyini proqnozlaşdırırlar. Güman edilir ki, bir neçə aylıq əvəzetmədən sonra Bakıya rəhbərlik tamamən ona həvalə olunacaq. E.Əzizovun bir gün BŞİH başçısı postuna təyinat alması günü uzaqda deyil. Bunu deməyə əsas var - yüksək intellektual sahibi, təcrübəsi, təşkilatçılıq bacarığı və novatorluğu.

Hələ 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan E.Əzizov həmişə əhalinin hörmət və etimadını qazanıb. Düzdür, problemlər də olub, ancaq başçı əksər sosial problemlərin həllinə nail olduğundan, əhalinin rəğbətini qazanıb.

O zamanlar yerli media yazırdı ki, Sumqayıtdan olan məşhurlar Eldar Əzizovun işindən çox razılıq ediblər...

 Ümid edirik ki, Bakı əhalisi də E.Əzizovun əməyini, gördüyü işləri beləcə yüksək dəyərləndirəcək.

Bakı kimi böyük şəhərin böyük də problemlərinin olduğunu danmırıq. İş olan yerdə problemlər də olacaq. Amma bu problemləri həll edə biləcək qətiyyətli bir merə ehtiyac duyulur.

Bunun üçün ilk növbədə kadr islahatları aparılmalıydı ki, bu prosesi E.Əzizov təxirə salmadı. Təcili meriyada kadr islahatlarına başlanıldı. Əzizov daha çox gənc kadrlarla işləmək qərarını verdi. Əldə etdiyimiz məlumata görə, BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlıdır.

Mediada adı korrupsiyada hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun da tutduğu vəzifədən uzaqlaşdırılması Əzizovun məmur özbaşnalığı ilə barışmaması və buna göz yummaması ilə bağlı olub.

Digər təxirəsalınmaz tədbirlərdən biri də şəhərin mərkəzindəki ərazilərin satılaraq, yerində çoxmərtəbəli binaların tikilməsi probleminin həlli idi. Bu problemin həlli ilə bağlı E.Əzizovun tapşırığı ilə komissiya yaradılıb, səbəblər araşdırılır.

   Картинки по запросу eldar ezizov

Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxması Əzizovun diqqətindən yayınmayan hallardan biridir. Onun digər bir tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılıb. Buna səbəb meriadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun göstərişi ilə icra hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılır. Bu işdə prinsipial mövqe tutan Eldar Əzizov aparılan yoxlamaların sonunda ciddi ölçülərin götürülməsini nəzərdə tutur.

E.Əzizovun təqdirəlayiq gördüyü işlərdən biri də məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunması ilə bağlı əmr imzalaması olub. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi artıq E.Əzizovun müvafiq əmri əsasında bağçalarda uşaqların payız geyimləri ilə təminatına başlayıb.

Artıq əksər şəhər bağçalarına geyimlər paylanılıb. Bu da əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.

Yeri gəlmişkən, bəzi saytlar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi haqqında şər və böhtan xarakterli yazılar da dərc edirlər. Heç bir məntiqə və fakta əsaslanmayan yazıların haradan sifariş edildiyi də məlumdur. Həmin yazı müəllifləri bircə dəfə də olsun Bakının heç bir uşaq bağçasında olmayıb, oradakı real şərait,mövcud vəziyyətlə tanış deyillər. Ancaq kompüter arxasında oturub öz təxəyüllərindən doğan böhtanlar yağdırmaqla “media qəhrəmanına” çevrilməyə cəhdlər göstərirlər.

Elə Bakının sabiq meri H.Abutalıbov da bəzi media orqanlarının hədəfində olurdu.Yazılanlardan fərqli olaraq sabiq merin Bakının sosil həyatının yaxşılaşması üçün gördüyü əvəzsiz işlərin üstünü pərdələmək ədalətsiz olardı.

Bu arada onu da qeyd edək ki, Hesablama Palatası tərəfindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində həyata keçirilən auditin nəticələri də ürək açandır.

Düzdür, müəyyən nöqsanlar var ki, bunlarında qıza zamanda aradan qaldırılması üçün Hesablama Palatası tərəfindən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə tövsiyyələr göndərilib.

Onu da etiraf edək ki, Əzizovun fəaliyyətini, əhali arasında böyük rəğbətlə qarşılanması və qəbul edilməsini həzm etməyən bəzi dairələr və onların himayəsində olan media qurumları da var. Bu da təbiidir, amma E.Əzizov kimi qətiyyətli məmurlar yalnız xalqının rifahı üçün və ona göstərilən etimadı doğrultmağa çalışır.

E.Əzizovun bu məsuliyyətli və qətiyyətli yolda bütün maneələri aşacağına heç kimin şübhəsi olmasın!

Azər Nəcəf 

"AzerTaym.az"

 






Fikirlər