Bakı vaxtı ilə 9:00-da... - DÜNYA BU ANI GÖZLƏYİR

Bakı vaxtı ilə 9:00-da... - DÜNYA BU ANI GÖZLƏYİR

ABŞ-ın noyabrın 5-də İrana qarşı tətbiq edəcəyi sanksiyaların ikinci paketinə 600-dən çox hüquqi və fiziki şəxs daxil ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.

“Maliyyə Nazirliyinin Departamenti sanksiyalar siyahısına 600-dən şəxsi və şirkət daxil edəcək. Onlar İran rejiminin davranışına təsir etməlidir. Bu, bizim ümidlərimizdir. Bu, prezident Donald Tramp tərəfindən keçirilən siyasətin nəticəsidir”, - Pompeo deyib.

Xatırladaq ki, daha əvvəl Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin sanksiyalar siyahısına İrandan olan 700-dən çox fiziki və hüquqi şəxsin daxil ediləcəyini açıqlamışdı.

Pompeonun sözlərinə görə, sanksiyalar artıq İran iqtisadiyyatına böyük təsir göstərib, çünki Avropa partnyorları bu ölkədən öz biznesini çıxarmağa başlayıblar.

“Yüzlərlə şirkət İranı tərk etdi”, - o bildirib.

"Biz artıq İranın gündəlik milyon bareldən çox xam neftinin ixracını azaltdıq. İran neftinin çatdırılması sonra da azalacaq. Bir neçə ölkə artıq neft ixracını əhəmiyyətli dərəcədə azaltdı. Sıfıra çatmaq üçün bir az daha çox vaxt lazımdır", - deyə dövlət katibi əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi