Tramp OPEC təşkilatını “MONOPOLİYA” adlandıraraq bildirib: “NEFT MƏNİM SAYƏMDƏ UCUZLAŞIR”

Tramp OPEC təşkilatını “monopoliya” adlandıraraq bildirib: “NEFT MƏNİM SAYƏMDƏ UCUZLAŞIR”

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp son həftələrdə neft qiymətlərinin aşağı düşməsinin səbəbkarının özü olduğunu bildirib.

Tramp İrana qarşı sanksiyalardan səkkiz ölkənin azad olduğunu xatırladaraq deyib: “Bu addımı atmağımızın səbəbi məndən yardım istəmələridir. Lakin əsl səbəb neftin bir barrelinin qiymətinin 100-150 dollara yüksəlməsini istəməməyimdir. Qiymətləri mən azaldıram. Əgər neft qiymətlərinə baxsanız, son bir neçə həftə ərzində mühüm azalma görəcəksiniz. Bu, mənim sayəmdə mümkün oldu. Çünki OPEC adlanan bir monopoliya var və mən bu monopoliyanı sevmirəm”.






Fikirlər