Pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTOLAR

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Musavat.com xəbər verir ki, R.Atakişiyevin nəşi II Fəxri Xiyabanda torpağa tapşırılır. Əməkdaşımız xəbər verir ki, mərhum pilot Aprel şəhidləri ilə eyni cərgədə dəfn edilir.

Məlumat üçün bildirək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları uzun sürən axtarışlardan sonra avqustun 20-də tapılaraq dənizdən çıxarılıb. (Musavat.com)






Fikirlər