BDU-da konfrans keçirildi - FOTOLAR

BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilib

"AzerTaym.az" bildirir ki, Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) öz işinə başlayıb.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilmsi ilə başlayıb.

BDU-nun rektoru Elçin Babayev  konfransı açaraq onun əhəmiyyəti və məqsədindən danışıb. Akademik fikir və son tədqiqat işlərinin mübadiləsini təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirmək olan konfransın bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunduğunu diqqətə çatdırıb.

4 gün davam edəcək konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələrin təqdim ediləcəyini qeyd edən rektor Elçin Babayev onun işinə uğurlar arzulayıb.

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutduğunu vurğulayıb.

Sonra İtaliyanın Bari Aldo Maro Universitetinin professoru Francesko Altomare, Almaniyanın Bergakademie Freiberg Texniki Universitetinin  profesoru Wolfgang Sproessing və Türkiyənin Qazi Univerditetinin professoru Hilmi Hacısalihoğlunun məruzələri dinlənilib.

Konfransın bölmə iclaslarında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliyinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı 

1

1






Fikirlər