Vurğun Əyyub vəfat etdi

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib. 

Musavat.com xəbər verir ki, bu barədə onun dostları məlumat veriblər.

V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.

V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 

1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləmişdir. 1988-ci ildən filologiya elmləri namizədidir.

Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 

Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

Vurğun Əyyubla vida mərasimi bu gün saat 4 Xetai rayonu İlqar Zülfüqarov 29/42 a (Məhəmməd Hadi).2 ci kvadratla üzbə -üz binanın həyərində, yaşadığı mənzildə olacaq.

 Müsavat.com bildirir ki, dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında olacaq.

Allah rəhmət eləsin!






Fikirlər