Rusiya prezidenti Vladimir Putinin bu gün 67 yaşı tamam olur.

Rusiya prezidenti Vladimir Putinin bu gün 67 yaşı tamam olur.

Vladimir Putin həmişə olduğu kimi, doğum gününü gözlərdən uzaq, ailəsi və yaxın dostları ilə birlikdə keçirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Sibirə getdiyini açıqlayıb.

Sibirin tayqa meşələrini və təpələrini təkbaşına gəzən Putinin daha sonra müdafiə naziri Sergey Şoyqu ilə birlikdə piknik etdiyi görüntüləri yayılıb.

Kreml Putinin ad gününü təbrik etmək üçün zəng edən və ya mətn yazan dünya liderlərinin siyahısını açıqlayacağını da bəyan edib.

Vladimir Putin kimdir?

Atası: Vladimir Spiridonoviç Putin

Putinin atası Vladimir Spiridonoviç Leninqradın müdafiəsində iştirak edib, müharibədən sonra vaqon istehsal edən zavodda işləyib.

Anası: Mariya İvanovna Şelomova

Putinin anası Mariya İvanovna Şelomova da Leninqradın müdafiəsində iştirak edib, “Leninqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub.

Putinin həm atası, həm də anası xərçəng xəstəliyindən vəfat ediblər.

Картинки по запросу Yunıy Putin

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda (SSRİ) dünyaya gəlib. Putin ailənin üçüncü oğlu olub. Ondan əvvəl doğulan iki qardaşı uşaq yaşlarında xəstəlikdən ölüblər. Uşaqlıqda kəşfiyyatçı olmaq istəyən Vladimir Putin orta təhsilini 2 məktəbdə alıb. Leninqradın 193, sonra isə 281 saylı orta məktəblərində təhsilini başa vurub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Vladimir Putin 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. O, bir müddət Almaniyada da işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçak Leninqrad meri seçildikdə onun köməkçisi işləyib. 1997-ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda "Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. 

Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub.

Картинки по запросу Yunıy Putin

Vladimir Putin 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olub). Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina isə şərq fakültəsində təhsil alıb (2003-cı ildə qəbul olunublar). Vladimir Putinin qızları haqqında mətbuatda çox az sayda məlumatlar verilir.

Картинки по запросу жена путина

Vladimir Putin 2013-cü ilin iyunun 6-da həyat yoldaşı Lyudmila ilə boşanması haqqında mətbuata açıqlama verib. 

V.Putin 1999-cu ilin 31 dekabrından Rusiya prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 18 mart 2018-ci ildə keçirilən prezident seçkilərində 56 432 768 səs toplayaraq ümumi seçicilərin 51.77 faiz səsi ilə 2024-cü ilə kimi prezident seçilib.

Putin bu sayla artıq 4-cü dəfədir ki, prezident seçilir. V.Putinin aylıq əmək haqqı rus rublunu ABŞ dollarına konvertasiya edəndə 12 586 ABŞ dollardır.

 

 






Fikirlər