Bakı dövlət bayrağına büründü - FOTOLAR + VIDEO + Yenilənib

Bakı dövlət bayrağına büründü

Bakıda Qız qalası Azərbaycan bayrağının rənglərinə bürünüb.

“AzerTaym.az" bildirir ki, tarixi abidə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə göy, qırmızı və yaşıl rənglə işıqlandırılıb.

Görüntüləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paylaşıb.  

***

 Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr-DövlətBayrağı Günü münasibəti ilə Bakı şəhərindəki bir sıra binalar və abidələr də Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Belə ki, “Qız Qalası”, eləcə də “Alov Qüllələri”, “Bakı Kristal Zalı”,Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb. Həmçinin, gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntü yaranıb.

 













Fikirlər