Türkiyə S-400-ün sınağına başladı - VİDEO

Image result for türkiye s 400"

Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 25-də S-400 zenit-raket müdafiə komplekslərinin ilk sınağına başlayıb.

Axar.az xəbər verir ki, test sınaqları Ankara vilayəti ərazisində keçirilir. Rəsmi məlumata görə, yoxlama prosesi çərçivəsində səmaya müxtəlif uçuş aparatları buraxılıb, o cümlədən F-16 qırıcı təyyarələri uçuşa qalxıb. Türkiyənin hərbçi mütəxəssisləri zenit-raket sistemləri və təyyarələr arasında əlaqənin vəziyyətini yoxlayıblar.

Sınaqlar noyabrın 26-da da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi Ankaranın sifarişi ilə Rusiyada Türkiyə üçün S-400 zenit-raket komplekslərinin tədarük edilməsi ABŞ başda olmaqla bəzi NATO üzvlərinin ciddi narazılığına səbəb olub. Bütün siyasi təzyiqlərə baxmayaraq, Türkiyə 2017-ci ildə Rusiya ilə imzaladığı S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar məbləğində kredit sazişinin icrasından geri çəkilmədi.

KONKRET.AZ Türkiyə mətbuatına istinadən S-400 zenit-raket müdafiə komplekslərinin ilk sınağının videogörüntülərini təqdim edir:

http://

 






Fikirlər