Gültəkin Hacıbəyli də Administrasiyaya çağırıldı

Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə də Prezident Admnistrasiyasından dəvət gəlib. 

 "AzerTaym.az" bildirir ki, bu barədə onun özü bildirib.  

Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə iş şöbəsinin rəhbəri Ədalət Vəliyevdən görüş təklifi aldım”, -deyə Gültəkin Hacıbəyli qeyd edib.

Onun sözlərinə görə siyasi məhbusları azadlığa buraxılması, sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki islahatları, yeni parlament seçkilərinin keçirilməsi, Qarabağ və Təhlükəsizlik sahəsində mövcud təhlükələr və təhdidlər mövzusunda hakimiyyətlə dialoqa hazırdır.

Üzləşdiyimiz bütün təzyiq və təqiblərə baxmayaraq biz ölkəmizin və xalqımızın ali maraqlarlndan çıxış edərək yuxarıda qeyd edilən mövzular ətrafında Azərbaycan hakimiyyətilə siyasi dialoqa açığıq”, - deyə Milli Şura üzvü vurğulayıb.






Fikirlər