Prezident koronavirus pandemiyasını II Dünya müharibəsi ilə müqayisə etdi
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasını İkinci dünya müharibəsi ilə müqayisə edib. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, D.Tramp bunu Ağ Evdə brifinq zamanı koronavirus pandemiyasını ABŞ-ın Pörl Harbor bazasına hücumla müqayisə edib. ABŞ prezidenti bildirib ki, koronavirus ölkə tarixində baş vermiş ən iri hücumdur: “Biz ölkəmizə ən dəhşətli hücumun şahidi olduq, bu, qarşılaşdığımız ən pis hücumdur. Bu, Pörl Harbordan da, 9 sentyabrdan da daha dəhşətlidir”.
ABŞ Prezidenti əlavə edib ki, bu pandemiyanın qarşısını elə mənbəyindəcə almaq olardı.