Lukaşenko 5-ci dəfə prezident seçildi

 

 

 

Aleksandr Lukaşenko ötən gün keçirilən seçkilərdə seçicilərin 83,49 faiz səsini qazanaraq yenidən Belarusun Prezidenti seçilib.

AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina məlumat verib.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. Seçicilərin 81,77 faizi səsvermədə iştirak edib. Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərib. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Keçirilən exit-pollun nəticələrinə görə Aleksandr Lukaşenko prezident seçkilərində 84,1 faiz səs qazanıb.

Lukaşenko seçkidə qalib gəlməklə beşinci dəfə Belarus prezidenti olacaq.






Fikirlər