Putindən Quranla bağlı qanun...

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına müqəddəs kitabların toxunulmazlığı ilə bağlı qanun layihəsini təqdim edib.

 

Axar.az xəbər verir ki, layihədə Bibliya, Quran və s. kimi müqəddəs kitabların qorunması və toxunulmazlığı ilə bağlı məsələlər yer alıb.

 

Sənəddə qeyd edilir ki, hər kəsə vicdan azadlığı zəmanəti verilir, din  azadlığı, fikir azadlığı tam formada təmin edilir. Qanun layihəsinin konsepsiyası Rusiyanın dini təşkilatlarının nümayəndələri ilə birgə hazırlanıb.

 

 

Qeyd edək ki, bu ilin sentyabr ayında Çeçenistandan olan Dövlət Dumasının millət vəkili Şəmsail Saraliyev parlamentin aşağı palatasındə dini mətnlərin toxunulmazlığı haqqında qanun layihəsinin qəbul edilməsini təklif etmişdi






Fikirlər