Rusiya dünyaya meydan oxuyur - Putinin "qara siyahı"sında kimlər var?

 Rusiya dünyaya meydan oxuyur - Putinin

Diplomatik demarş prezident Baydenin Ukraynaya tədarük edilən silah çeşidinin kəskin şəkildə genişləndirilməsini təsdiqləməsindən sonra baş verib.

Yenisabah.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi, mətbuatda Ukraynaya silah tədarükü ilə bağlı ABŞ-a nota göndərilməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

Bu məlumatı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da təsdiqləyib. Onun sözlərinə görə, oxşar nota “bütün ölkələrə” göndərilib.

Xatırladaq ki, “The Washington Post” bu həftə Rusiyanın ABŞ-a göndərdiyi rəsmi diplomatik notanın mətni ilə tanış ola bilib.

Diplomatik demarş, prezident Baydenin Ukraynaya tədarük edilən silah çeşidinin əhəmiyyətli şəkildə genişləndirilməsini, 155 mm-lik haubitsalar, pilotsuz təyyarələr və zirehli maşınlar, həmçinin əlavə portativ zenit və tank əleyhinə silahlar da daxil olmaqla 800 milyon dollarlıq paketi təsdiqlədikdən sonra baş verib. 

Ukraynaya ən çox hərbi yardım edən ölkələr arsında ABŞ, Almaniya, Böyük Britaniya, Slovakiya və Yaponiya ilk yerləri tutur. 






Fikirlər