Kanadanın baş naziri dünyanı təəccübləndirəcək kabinet formalaşdırdı - FOTOLAR

 

61

Kanadanın yeni baş naziri Justin Trudeau dünya ictimaiyyətinin maraqına səbəb olacaq yeni hökumət formalaşdırıb. Baş nazir öncədən yeni kabinetin ölkənin müxtəlifliyini təmsil edəcəyinə dair söz vermişdi. Artıq yeni nazir sözünə əməl edib. Trudeau yeni kabietdə cinsi balansı qorumaqla yanaşı, müxtəlif millətlərin təmsilçilərinə də yer verib. Yen baş nazir qərarını bir cümlə ilə izah edb:  “Çünki 2015-ci ildəyik”. Justin Trudeaunun yeni kabinetini təqdim edirik:

-Demokratik Təşkilatlardan Məsul Dövlət Nazirliyi postuna gətirilən Məryəm Monsef, Kanadanın ilk müsəlman naziri olub. Əfqanıstanın Herat şəhərində doğulan Monsef, Kanadaya ailəsiylə birlikdə 11 yaşında qaçqın kimi pənah gətirib. Monsef və ailəsi Sovet işğalı zamanı atasını itirdikdən sonra Kanadaya köçmək məcburiyyətində qalıblar.

-Yeni kabinetin nəqliyyat naziri köhnə astronavt və Kanada Kosmik Agentliyinin rəhəbəri Marc Garneau olub.

– Yeni ədalət naziri Jody Vilson-Rayboulddur.

 Kabinetin ən diqqət çəkən təyinatı müdafiə naziri Harjit Sajjandır. Sajjan Kanada ordusunu Əfqanıstan və Bosniyada təmsil edib. Yeni müdafiə naziri 4 yaşında olarkən aləsi ilə birlikdə Hindistandan Kanadaya köçüb.

-İnfrastruktur və Yerli Rəhbərliklər Nazirliyi vəzifəsinə isə 1981-ci ildə Hindistandan Kanadaya immiqrant kimi gələn Amarjeet Sohi təyin edilib. Sohi, Hindistanda olduğu dövrdə siyasi baxışlarına görə iki il müddətinə həbs olub və işgəncələrə məruz qalıb.

-Qazi İşləri Nazirliyi postuna isə, 20 yaşlarında boynundan güllə yarası alan və o zamandan əlil arabasında gəzən Kent Hehr olub.

– İdman və əlillərə məsul nazir postuna, görmə problemi olan köhnə paralimpiyaçı Carla Qualtrough gətirilib.

Elm naziri postuna 2007-ci ildə Nobel Sülh mükafatını qazanan Kirsty Duncan təyin olunub.

 Balıqçılıq, Okeanlar və Sahil Təhlükəsizliyi Nazirliyinə Hunter Tattoo təyin edildi.

Yeni kabinetdə baş nazir daxil olmaqla, yaşı 45-dən az olan 10  nazir var. İlk dəfə nazir olanların sayı isə 18 nəfərdir.

30 nazirin təmsil olunduğu yeni kabinetdə 15 qadın və 15 kişi yer alıb.

(Azərtaym.az)






Fikirlər