“Trampı məğlub etmək üçün əlimdən gələni edəcəyəm”

trampi-meglub-etmek-ucun-elimden-geleni-edeceyem

Məlum olduğu kimi, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.

Harris də bu açıqlamadan sonra öz fikirlərini bölüşüb.

O, şəxsi hesablarında Amerika xalqı adından Co Baydenə Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi qeyri-adi rəhbərliyinə və ölkəyə onilliklər boyu xidmət etdiyinə görə təşəkkür edib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və mənim niyyətim bu namizədliyə layiq olmaq, onu qazanmaqdır.

Donald Tramp və onun “Layihə-2025” gündəliyini məğlub etmək üçün Demokratlar Partiyasını və millətimizi birləşdirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Daha sonra Harris ianə toplamaq məqsədilə onu dəstəkləyənlər üçün link yerləşdirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib. /“Qafqazinfo”

 

 






Fikirlər