Yeni nazir müavinin ilk açıqlaması - FOTOLAR

Azərbaycan kosmos sahəsində lider dövlətlərin sırasına qoşulur.

 

Bunu rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin I müavini Ramin Quluzadə bu gün Bakıda işə başlayan "Bakutel-2015" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində bildirib. 

O, bildirib ki, ölkədə informasiya və yüksək texnologiyalar sahəsi prioritet inkişaf sahələrindən biri elan edilib. 

R.Quluzadə qeyd edib ki, son illərdə əldə edilən nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan regionun lideri kimi tanınır. 

Qeyd edək ki, bu gün Bakıda "Bakutel" telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Sərgidə 21 ölkədən 200-dən artıq şirkət iştirak edir. 

Tədbir dekabrın 5-dək davam edəcək.










Fikirlər