PREZİDENT SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERDİ - Nazirin vəzifəsi aşağı salındı

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri isə sədr müavini təyin olunub.

Qeyd edək ki, Təşkilat Komitəsinə əvvəllər gənclər və idman naziri Fərid Qayıbov rəhbərlik edib. Yeni sərəncama əsasən, o, Komitə sədrinin müavini olacaq.






Fikirlər