TALEH QARAŞOVun sahibkarlarla görüşü keçirildi

“Taleh Qaraşov sahibkarlarla görüşdü

Lənkəran ŞİH başçısı Taleh Qaraşov sahibkarlarla növbəti görüşünü keçirib.

 "AzerTaym.az"  məlumat verir ki,görüşü giriş sözü ilə açan icra başçısı dünyada baş verən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi, yerlədə sahibkarlığın inkişafı üçün süni maneələrin aradan qaldırılması, sahibkarlığın inkişafına hərtərəfli şəraitin və imkanın yaraldılması lənkəranlı sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən bəhrələnməli, ondan düzgün istifadə edilməli, ixrac potensialını artırmalı, idxaldan asılılıq minimuma endirilməlidir. Diqqətə çatdırılıb ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək olduqca vacibdir.

T.Qaraşov xüsusi vurğulayıb ki, rayonumuzun əkinəyararlı torpaqlarından səmərəli istifadə edilməli, ayrı-ayrı kiçik təsərrüfatlar fermerlər şəklində birləşdirilməlidir. Lənkəran üçün ənənəvi çəltikçiliyi inkişaf etdirmək olduqca çox vacibdir. Bu sahədə yeni yaradılan Kənd Təsərrüfatı İdarəsi səmərəli fəaliyyət göstərməlidir.

Məruzə ətrafında müzakirələrdə aqro-servis müəssisəsinin direktoru Sərraf Heydərov, Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov, Lənkəran Çay filialının müdiri Fərman Abdullayev, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəsi Allahyar Salayev, Bank Standardın Lənkəran filialının müdiri Rüfət Əsgərov və digər şəxslər çıxış edərək bir sıra təkliflər irəli sürüblər.

Taleh Qaraşov sahibkarlarla görüşdü






Fikirlər