27.01.2014. - E. Abdullayev kimin əlini öpüb “seyiddi, ocaqdı, pirimizdi” deyirmiş

27.01.2014. -  E. Abdullayev kimin əlini öpüb “seyiddi, ocaqdı, pirimizdi” deyirmiş Hazırda Avropada mühacirətdə olan jurnalist Fikrət Hüseynli facebook səhifəsində Elşad Abdullayevlə bağlı maraqlı status paylaşıb

AzərTaym İnformasiya Portalı olaraq biz də sözü gedən statusu sizinlə paylaşırıq:
"Azadlıq" qəzetində Səbuhi Məmmədli ilə təhsildən yazı yazmışdıq. Həmin dövrdə Təhsil Nazirliyinin aparatının rəhbəri işləyən İlham Pirməmmədov yazıyla bağlı fikirlərini bildirmək üçün bizi nazirliyə çağırmışdı. Səbuhi ilə getdik nazirliyə. İlham Pirməmmədov bizi qəbul etdi və qəzetdəki tənqidi yazıdakıların doğru olmadığını isbatlamağa çalışmaq üçün masasının arxasında sənədlər axtarmağa başladı. Bu zaman qapı açıldı. Qoltuğunda yekə qovluq olan bir kişi İlham Pirməmmədova doğru sürətlə irəliləyib onun əlini öpməyə cəhd göstərdi. Pirməmmədov onu zorla özündən aralamağa çalışıb "Burda jurnalistlər var, ayıbdır, sonra..." dedi. Həmin adam arxaya döndü və bizim maraqla baxdığımızı gördü. Amma adamın Allahı olar, özünü itirmədi. "İlham müəllimgil ocaqdı, seyid ocağıdır, pirdi" dedi.. Pirməmmədova pir deyən həmin özəl universitet rektoru universiteti bağlanıb özü Fransaya qaçandan sonra iddia etdi ki, Pirməmmədov kabinetində qorxusundan ona 500 min dollar qaytarıbmış))"

27.01.2014. -  E. Abdullayev kimin əlini öpüb “seyiddi, ocaqdı, pirimizdi” deyirmiş






Fikirlər