Azərbaycan ordusunun ƏSGƏRİ şəhid olub

Çavuş Abbaszadə Elşad Raquf oğlu şəhid olub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.






Fikirlər