Sabir Rüstəmxanlı dünyanın ən böyük şahmatçısıyla görüşdü - FOTO

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı tarixin ən böyük şahmatçılarından biri hesab olunan, dünya çempionu Anatoli Karpov ilə görüşüb.

BakiPost.az xəbər verir ki, S.Rüstəmxanlı qrossmeysterlə şəkdirdiyi şəkli özünün facebook hesabında paylaşıb və aşağıdakı cümlələri qeyd edib:"Moskvada bir ziyalı məclisində şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovla görüşdük. O, Kasparova uduzmasının səbəblərini açıqlarkən əsas "oyunun” şahmat taxtası üzərində yox, arxada getdiyi barədə maraqlı məqamlara toxundu...”
 Məlumat üçün bildirək ki, Sabir Rüstəmxanlı Şahmat Federasiyasının ilk prezidenti olub. Buna görə də, Xalq şairin dünya şöhrətli şahmatçıyla görüşü və keçmiş yarışlar barədə detallı söhbətləri təsadüfi deyil.  
Anatoli Yevgenyeviç Karpov  şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrossmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb.
O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986-1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib.
 Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Kariyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub.
 Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib. 






Fikirlər