Bakıda 1,6 milyon uğrunda mübarizə başlayır

Bakıda 1,6 milyon uğrunda mübarizə başlayırSentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan Dünya Kubokuna start veriləcək.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 5-nə qədər davam edəcək turnir “Fairmont” otelində keçiriləcək.

128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq.

FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kuboku - 2015-in Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib.

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib ki, yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır.

Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku 2015 - 1.600.000 dollar mükafat fonduna malikdir.






Fikirlər