VƏZİFƏDƏN GEDƏN məmur bunları yazdı: "...NARAZILIĞIMIZ, İNCİKLİYİMİZ"

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub.

APA-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb.

Musavat.com xəbər verir ki, Elşad Miraləm bu münasibətlə özünün Facebookdakı səhifəsində xüsusi foto və status paylaşıb. Hesab edirik ki, bu aksiyanın xəbər şəklində oxucuya çatdırılmasında fayda var.

Beləliklə, Elşad Miraləm manşetə qoyduğumuz fotonu paylaşaraq, yazıb: "Bu foto 14 il öncə Komitəyə mətbuat katibi təyin olunanda çəkilib. 14 il ərzində bütün gücümüzlə, bacardığımız qədər üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə çalışdıq. Çox çətin, gərgin, nigaran günlərimiz, yuxusuz gecələrimiz oldu. Heç birinə görə peşman deyilik. Təkcə ondan narahatıq ki, valideynlərimizə, ailəmizə və dostlarımıza bizim istədiyimiz, onların arzuladığı qədər vaxt ayıra bilmədik. Anlayışla qarşıladılar, sağ olsunlar. 

Dövlətimiz və millətimiz üçün çox vacib bir işlə məşğul olduğumuza inandıq. İşimizi sevdik, çünki dövlətimizi sevdik. Bu dövlətin dəyərini, hansı zəhmət və qurbanlar hesabına başa gəldiyini, övladlarımızın gələcəyinin onun varlığından asılı olduğunu dərk edərək sevdik.

Bu illər ərzində formalaşmağımızda, təcrübə qazanmağımızda zəhməti keçən, etimad göstərən böyüklərimizə təşəkkür etməyi borc bilirik. Bizə hər zaman doğru yol göstərən, harda olmağımızdan asılı olmayaraq, siyasi təcrübəsinə, məsləhətlərinə və mənəvi dəstəyinə hər zaman ehtiyac duyacağımız Nazim müəllimə minnətdaram. 

Komitəyə gəlməyimizdə bilavasitə rolu olan, hər ünsiyyətimdə yeni nəsə öyrəndiyimiz Nəriman müəllimə təşəkkürlər. 

Dövlət Komitəsində çalışdığım müddət ərzində yaşından və statusundan asılı olmayaraq hər bir əməkdaşın dəstəyini, sevgisini və hörmətini hiss etdim. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. 

Mediya nümayəndələrinə təşəkkür edirəm ki, bu illər ərzində təmənnasız olaraq dəstəklərini əsirgəmədilər, qazandığımız hər bir uğurda onların da əməyi var. 

Diasporumuzun hər bir üzvünə ayrı-ayrılıqda təşəkkür edirəm. Onların hər biri fədakar insanlardır. Gündəlik qayğıları ilə yanaşı, doğma Vətən üçün nəsə etməyə çalışdıqlarına və bunu təmənnasız etdiklərinə görə. 

Heç kimdən narazılığımız incikliyimiz yoxdur. Hər kəsə uğurlar arzulayıram. 

Yoldaşlarımız dəyişsə də yolumuz dəyişməzdir".

 

956649db-17d9-4008-ba3a-47d7995b5e17.jpg (108 KB)






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi