Beynəlxalq koalisiya Suriyaya ZƏRBƏ ENDİRİB, ölənlər və YARALANANLAR VAR

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyaya endirdiyi zərbə nəticəsində 60-dan çox ölən və yaralanan var.

Bu barədə "Report" SANA-ya istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hava zərbəsi Deyr-ez-Zor vilayətinə endirilib. Məlumata görə, ölənlərin sayı dəqiq deyil.

Xatırladaq ki, agentlik bir gün əvvəl koalisiya qüvvələrinin Deyr-ez-Zor vilayətinin Hacin şəhərinə zərbə endirməsi barədə məlumat yayıb. Zərbə nəticəsində 4 nəfər həlak olub.






Fikirlər