Rabitə Nazirliyinin RƏHBƏRLİYİNƏ yeni təyinat

6a85846654b71c04fc7202e6d6164679

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni təyinat olub.

Zamin Nurəhmədov nazirliyin aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha öncə bu vəzifəni İlham Mərdanov tutub. Əlavə edək ki, İ. Mərdanov sabiq təhsil naziri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun qardaşıdır.
Z. Nurəhmədov 2013-2016-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” MMC-nin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.  /”APA-Economics”






Fikirlər