BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - FOTOLAR

“BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - Fotolar

Bakı Dövlət Universitetinə 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, rektor, akademik Abel Məhərrəmov BDU-nun Azərbaycan təhsilində tutduğu mövqedən, o cümlədən xalqımızın maariflənməsində müstəsna rolundan bəhs edib. Rektorun sözlərindən məlum olub ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Cari ildə BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 1 nəfərin seçimi də BDU olub.

Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi tədqiqatlarda real iştirakının təmin edilməsi məqsədilə elmi rəhbər kimi bir professor, dosent və ya elmi işçinin təhkim edilməsi ilə bağlı müəyyən göstərişlər verib.

Görüşdə sosial elmlər və psixologiya, mexanika riyaziyyat fakültələrinin dekanları, professorlar - Hikmət Əlizadə və Nizaməddin İsgəndərov çıxış edərək tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonda tələbələr adından tarix fakültəsinin birinci kurs tələbəsi İlqanə Kərimova çıxış edib.

BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - Fotolar
BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - Fotolar
BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - Fotolar
BDU rektoru yüksək bal toplayan tələbələrlə görüşüb - Fotolar

 






Fikirlər