KÜR SUYUNUN SƏRFIYYATI ARTIB

KÜR SUYUNUN SƏRFIYYATI ARTIB
Bu ilin oktyabr ayında növbəti dəfə Kür çayının deltasında hidroloji tədqiqat və ölçmə işləri aparılıb

2013-cü ilin oktyabr ayında növbəti dəfə Kür çayının deltasında hidroloji tədqiqat və ölçmə işləri aparılıb. Azertaym.az-ın Ekologia və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ölçmələr zamanı çayda orta maksimal dərinliyin 5,65-8,55 m, Bala Kürdə 3,3-4,6 m, Ana Kürdə 2,56-3,44 m olduğu müəyyən edilib. Eyni zamanda, yeni açılmış kanalın girişində dərinliyin 3,59-6,09 m, kanalın sonlarında 3,13-4,62 m olduğu, yeni kanaldan dənizə doğru isə təxminən 1 km məsafədə dərinliyin 4,21-4,37 m-dək azaldığı müşahidə olunub. Ölçmə zamanı Xəzər dənizinin səviyyəsi 26,66 m BS təşkil edib.

Hazırda Kür çayının mənsəb hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən lilsoran gəmi ilə dib dərinləşdirmə işləri aparılır.

Ölçmələr nəticəsində müəyyən edilib ki, ötən illə müqayisədə 2013-cü ildə Kür çayında suyun sərfi 11 faiz çox olub. Kür çayına daxil olan ümumi suyun paylanma sərfi Bala Kürdə 60 m3/s, Kürün əsas qolunda 95 m3/s təşkil edib. Ana Kürdən Qoltuq körfəzinə açılan təbii qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanıb.






Fikirlər